Elvin Məmmədov: “Biz gərək yaratdığımız imkanları qola çevirəydik”
30.07.2008 - 10:11
Elvin Məmmədov: “Biz gərək yaratdığımız imkanları qola çevirəydik”
Bakı. Kənan Həsənov - APA-Sport. “İlk hissədə yaxşı oynamadıq. Bu səbəbdən çətin anlar yaşadıq. Fasilədən sonra isə kəsərli hücumlar təşkil etdik və bunların yalnız birini qola çevirə bildik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter” – “Partizan” oyunundan sonra Elvin Məmmədov söyləyib. Gənc yarımmüdafiəçi Serbiyada işlərinin daha çətin olacağını bildirib: “Heç-heçə ilk növbədə qonaqlara sərf edən nəticədir. Biz gərək yaratdığımız imkanları qola çevirəydik. Bunu bacarmadıq. Mən də bir neçə dəfə fərqlənməyə borclu idim. Bu ustalığımın aşağı olmasından irəli gəlir. Öz oyunumdan razı qalmadım”.
0