Emin İmaməliyev: “İnter” istənilən güclü klublarla mübarizə aparmaq iqtidarındadır”
30.07.2008 - 10:37
Emin İmaməliyev: “İnter” istənilən güclü klublarla mübarizə aparmaq iqtidarındadır”
Bakı. Kənan Həsənov - APA-Sport. “Partizan” səviyyəli komanda olsa da, biz onlara gücümüzü göstərdik. Heç-heçə pis nəticə deyil. Hər bir rəqibə qarşı oynamaq mümkündür”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “İnter” - “Partizan” oyunundan sonra Emin İmaməliyev deyib. Azərbaycan çempionunun yarımmüdafiəçisi heç bir rəqibdən çəkinmədiklərini vurğulayıb: “Heç bir komandadan qorxmuruq. İstər “Partizan”, istərsə digər Avropa klubları olsun. “İnter” istənilən güclü klublarla mübarizə aparmaq iqtidarındadır. Bunu serbiyalılarla oyunda sübut etdik. Gözəl oynasaq da, imkanlardan istifadə edə bilmədik. Əks halda, qələbə qazana bilərdik”.
0