Nenad Corceviç: Serbiyada “İnteri” böyük hesabla məğlub edəcəyik”
                    
                    30.07.2008 - 11:18
                        
                    
                        
                        Bakı. Kənan Həsənov - APA-Sport. “Oyuna yaxşı başladıq və ilk hissəni qələbə ilə başa vurduq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”lə oyundan sonra “Partizan” klubunun futbolçusu Nenad Corceviç söyləyib. Serbiya çempionunun kapitanı cavab matçında asanlıqla qələbə qazanacaqlarını vurğulayıb: “Hesabı açdıqdan sonra arxayınlaşdıq. Bu səbəbdən “İnter” üstünlüyü ələ keçirdi. Amma Serbiyadakı oyunda rəqibə aman verməyəcəyik. “İnteri” böyük hesabla məğlub edəcəyik”.
                        
                    
                    
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            