17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan çempionatının püşkü atılıb
30.07.2008 - 15:14
17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan çempionatının püşkü atılıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada çıxış edən klubların nəzdindəki 17 yaşlı futbolçulardan ibarət komandalar (U-17) arasında keçiriləcək turnirin püşkatması keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, U-17-lər iki qrupda mübarizə aparacaq. A qrupunda 8, B qrupunda 6 komanda yer alıb. Qrup oyunları başa çatdıqdan sonra ilk 3 pilləni tutan komandalar arasında 1-6-cı, digər yerləri tutanlar arasında isə 7-14-cü yerlər uğrunda iki dövrədən ibarət yarış keçiriləcək.

A qrupu

“Standard” – “Qarabağ”
“Olimpik” – “Neftçi”
“Bakı” – “Bakılı”
MOİK – “İnter”

B qrupu

“Qəbələ” – “Simurq”
NBC – “Karvan”
“Turan” – “Xəzər-Lənkəran”
0