Azərbaycan UEFA-nın reytinqində Estoniyanı qabaqladı
30.07.2008 - 15:46
Azərbaycan UEFA-nın reytinqində Estoniyanı qabaqladı
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan UEFA-nın klub reytinqində 41-ci pilləyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Estoniya ilə şərikli pillədən canını qurtaran Azərbaycan bu ölkəni xal baxımından qabaqlayıb. Bu, Bakının “İnter” klubunun UEFA Çempionlar Liqasında (ÇL) Serbiya təmsilçisi “Partizan”la Bakıdakı heç-heçədən (1:1) sonra reallaşıb. Nəticədə Azərbaycan avrokuboklarda cari mövsümdə xal ehtiyatını 0,5-ə yüksəldib. UEFA-nın reytinqində son mövsüm götürülür ki, klublarımız 2004/05-də 0,5, 2005/06 və 2006/07 mövsümündə 1,333, 2007/08-də 0,666 xal toplayıb. Hazırda hesabında 4,332 xal olan Azərbaycan Estoniyanı (4,165) 0,167 xal qabaqlayır. Bizi bir pillə qabaqlayan Makedoniyanın hesabında 5,165 xal var. UEFA-nın üzvü olan 53 ölkənin yer aldığı reytinq cədvəlinə İngiltərə (65, 276 xal) başçılıq edir.
0