AFFA hakim və hakim-inspektorların qonorarlarını artırıb
30.07.2008 - 16:34
AFFA hakim və hakim-inspektorların qonorarlarını artırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Hakimlərlə yanaşı, hakim-inspektorların da yeni mövsümdə qonorarı artırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, hakimlərin işinə qiymət verən şəxslər təyinat aldıqları oyun üçün 250 manat alacaqlar. Bunun müqabilində hakim-inspektorlar qarşısında əsas tələblərdin biri hakimlərin idarəçiliyinə tez qiymət verilməsidir. Belə ki, indiyədək hakim-inspektorlara bunu etmək üçün iki gün vaxt verilirdisə, indi onlar bunu iki saata etməlidir. Premyer Liqa və ölkə kubokunu oyunlarını keçirəcək Azərbaycan Peşəkar Futbol Liqası bunu hakimlərə obyektiv qiymət verilməməyi ilə əsaslandırır. Qurumun prezidenti Ramin Musayevin sözlərinə görə, hakim-inspektorların onlara edilən zənglər, xahişlər nəticəsində hakimlərə layiq olduqlarından artıq qiymət verməsi halları olub. Ancaq indi hakim-inspektorların qiymət yazılması üçün vaxtı az olduğundan, işlərinə məsuliyyət artdığından, cəza tədbirləri gücləndiyindən, belə xoşagəlməz halların qarşısı alınacaq.
Qeyd edək ki, baş hakimlər yeni mövsümdə bir oyuna görə qonorarı 600, köməkçilərinin 300 manata artırılıb.
0