“Mançester Yunayted” Anrinin transferinə 19 milyon avro ayırıb
30.07.2008 - 17:12
“Mançester Yunayted” Anrinin transferinə 19 milyon avro ayırıb
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Mançester Yunayted” klubu məşhur futbolçu Tyeri Anrini transfer etməyə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəsinin və Çempionlar Liqasının son qalibi olan komandanın rəhbərliyi bu məqsədlə 19 milyon avro ayırıb. 30 yaşlı hücumçu hazırda “Barselona” klubuna məxsusdur. T.Anri ötən mövsümün əvvəlində 24 milyon avro qarşılığında “Arsenal”ı İspaniya klubuna dəyişmişdi.
Qeyd edək ki, T.Anri həmçinin Fransa milli komandasının kapitanıdır və bu yığmanın heyətində Avropa və dünya çempionu olub.
0