Ağasəlim Mircavadov: “Bizim “Lex”ə sürprizimiz var”
30.07.2008 - 18:19
Ağasəlim Mircavadov: “Bizim “Lex”ə sürprizimiz var”
Poznan. Mehman Süleymanov - APA-Sport. “Biz Poznana döyüşkən əhval-ruhiyyədə gəlmişik. Hansı çətinliklə üzləşdiyimizi yaxşı bilirik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov UEFA kubokunda rəqibi olan Polşanın “Lex” klubunun televiziyasına verdiyi müsahibədə deyib. Sabah “Lex”lə klubu ilə cavab görüşünə çıxacaq “Xəzər-Lənkəran”ın 61 yaşlı çalışdırıcısı Bakıda keçirilən ilk oyunda uduzmalarına (0:1) baxmayaraq, nikbinliyini itirmir. A.Mircavadov polşalıları təəccübləndirmək fikrindədir: “Polşa Avropada tanınan futbol ölkəsidir. “Lex”in heyətində səviyyəli futbolçular yer alıb. Rəqibimiz ölkəsində ən köhnə və yaxşı klublardan biridir. Bundan əlavə, “Lex”in çoxlu azarkeşlərinin olduğunu və onların oyunda stadionu dolduracağını bilirik. Biz komandanızı təəccübləndirmək istəyirik. Ancaq onun nə olduğu böyük bir sirdir. Sadəcə, onu deyə bilərəm ki, bizim “Lex”ə sürprizimiz var”.
0