“Qalatasaray” “Sevilya” klubunun qapıçısını transfer edir
31.07.2008 - 13:08
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubu yeni qapıçı transferini tamamlamaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, istanbullular İspaniyanın “Sevilya” klubunun italiyalı qapıçısı Morqan De Sanktislə bütün məsələlərdə razılığa gəlib. “Qalatasaray” bir illik icarəyə götürmək istədiyi legionerə 550 min avro ödəyəcək. Həmçinin, komanda Çempionlar Liqasında keçdiyi hər mərhələyə görə “Sevilya”nın büdcəsinə 50 min avro köçürəcək.
Qeyd edək ki, “Qalatasaray” iki il əvvəl kolumbiyalı Fərid Əli Mondraqon Almaniyanın “Köln” klubuna keçdikdən sonra səviyyəli qapıçı axtarır.
Qeyd edək ki, “Qalatasaray” iki il əvvəl kolumbiyalı Fərid Əli Mondraqon Almaniyanın “Köln” klubuna keçdikdən sonra səviyyəli qapıçı axtarır.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0