Zaur Tağızadə və Samir Əliyev Türkiyəyə gedirlər
31.07.2008 - 14:09
Zaur Tağızadə və Samir Əliyev Türkiyəyə gedirlər
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun iki futbolçusu sabah Türkiyəyə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın kapitanı Zaur Tağızadə ilə Samir Əliyev İstanbula həkim müayinəsinə gedəcəklər. Onları klubun həkimi Murad Mərdanlı müşayiət edəcək. Sol diz oynağından əziyyət çəkən Z.Tağızadə tibbi baxışdan keçəndən sonra yenidən cərrahiyyə əməliyyatı olunub-olunmamağı aydınlaşacaq. S.Əliyevin isə müayinə olunandan sonra komanda ilə birgə məşqlərdə iştirak edib-etməməyi müəyyənləşəcək. Ötən ilin payızında Türkiyədə cərrahiyyə əməliyyatı olunan 29 yaşlı hücumçu “Nitra” ilə Bakıdakı oyunda zədəsini təzələdiyi üçün bir aydan artıqdır meydana çıxmır.
0