İlqar Qurbanov “Boluspor” klubuna icarəyə verildi
01.08.2008 - 10:25
İlqar Qurbanov “Boluspor” klubuna icarəyə verildi
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının yarımmüdafiəçisi İlqar Qurbanovun Türkiyənin “Sivasspor” klubundan gedişi reallaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, karyerasını Türkiyənin aşağı liqasında davam etdirəcək 22 yaşlı futbolçu “Boluspor” kluba keçib. “Sivasspor” həmyerlimizi bir illiyə icarəyə verib. Birinci liqada mübarizədə “Boluspor”un futbol şöbəsinin rəhbəri Osman Gürsoy İ.Qurbanovun aldığı bir neçə təklif arasında komandasına üstünlük verməsini qeyd edib: “İlqar ötən mövsüm gözlənilməz yaxşı oyunu ilə seçilən “Sivasspor”un futbolçusudur. Onu bir illiyə icarəyə götürmüşük. Qurbanov digər klublardan sərfəli təkliflər alsa da, “Boluspur”u seçdi”. Təqdimat mərasimində iştirak edən İ.Qurvanov seçiminə görə peşman olmadığını söyləyib: “Boluspor” böyük klub olduğu üçün ondan gələn dəvəti qəbul etdim. Çox sevinirəm ki, bu kluba keçmişəm”.
1965-ci ildən yaradılan “Boluspor”un baş məşqçisi Sərhat Güllərdir. Qızılcahamamdakı hazırlıq prosesini qələbəsiz başa vuran “Boluspor” qısa istirahətdən sonra bazar günü bir araya gələcək. Klubun rəsmi saytında futbolçumuzun Türkiyənin aşağı yaş qrupları üzrə yığma komandalarının şərəfini qoruduğu və legioner sayılmayacağı göstərilib.


0