“Xəzər-Lənkəran”: Ağasəlim Mircavadov istefa verməyib, qovulub
01.08.2008 - 16:38
“Xəzər-Lənkəran”: Ağasəlim Mircavadov istefa verməyib, qovulub
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” klubu baş məşqçi Ağasəlim Mircavadovla yanaşı, onun köməkçiləri Tofiq Mustafayev və seleksiyaçı-məşqçi Bəxtiyar Musayevlə də yollarını ayırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Polşanın “Lex” komandasına UEFA kubokunun cavab görüşündə böyük hesablı məğlubiyyət (1:4) klub rəhbərliyini islahatlara başlamağa məcbur edib. Rəhbərlik Polşadakı oyundan öncə iclas keçirərək, komandanın qarşısına növbəti mərhələyə yüksəlmək vəzifəsini qoyub. Məşqçilərə bildirilib ki, bu vəzifə yerinə yetirilməyəcəyi halda, kadr islahatları qaçılmaz olacaq və ilk növbədə onlar vəzifələrindən qovulacaqlar. “Xəzər-Lənkəran” qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilmədiyi üçün klub rəhbərliyi dərhal A.Mircavadovu və onun köməkçilərini istefaya göndərib.


0