Slavişa Yokanoviç: “Güclü azarkeş dəstəyi sayəsində məqsədimizə çatacağımıza əminik” - FOTO
06.08.2008 - 11:36
Slavişa Yokanoviç: “Güclü azarkeş dəstəyi sayəsində məqsədimizə çatacağımıza əminik” -  FOTO
“Partizan”la cavab görüşündən öncə keçirilən mətbuat konfransında Belqrada mərhələ keçmək məqsədi ilə gəldiklərini vurğulayan 69 yaşlı ukraynalı mütəxəssis rəqibin avrokuboklarda təcrübəsinin böyük olduğunu söyləyib: “Bizim çox gənc komandamız var. “Partizan” isə Avropanın böyük turnirlərində, o cümlədən Çempionlar Liqasında dəfələrlə çıxış edib. Həmin vaxt futbolçularımızın bəziləri uşaq olublar. Bununla belə, biz özümüzü Belqradda müsbət tərəfdən göstərməyə çalışacağıq. Bəzi kadr problemlərimizin olduğunu deməliyəm. İki futbolçumuz son günlərdə zədələnib ki, bunlardan biri, uruqvaylı hücumçumuz Roman Quellonun körpücük sümüyü sınıb”.
“Partizan” klubunun baş məşqçisi Slavişa Yokanoviç isə bütün diqqətini qələbə qazanmağa yönəldib. 40 yaşlı serbiyalı mütəxəssis indidən üçüncü təsnifat mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə oyunlar haqda düşünmür: “İnter”lə oyunlarda favorit sayılsaq da, Bakıda yaxşı təsir bağışlamadıq. Ümid edirəm ki, cavab görüşündə biz özümüzü yaxşı tərəfdən göstərib, qələbə qazanacağıq. Stadionda çoxlu tərəfdarımızın olacağını inanırıq. “İnter”lə oyunda güclü azarkeş dəstəyi sayəsində məqsədimizə çatacağımıza əminik. İtkilərimizə gəlincə, Milovan Sikimiç hələ Bakıdakı oyunda aldığı zədəni sağaltmayıb. Kamal Zayem isə cərrahiyyə əməliyyatından sonra hələ formasını bərpa etməyib. Hər halda, cavab görüşünə sərəncamımda hazır olan kifayət qədər futbolçu var”.
Qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də başlayacaq oyun “Lider TV” ilə canlı yayımlayacaq.
0