“Simurq”un iştirak ərizəsində 21 futbolçudan 11-i legionerdir
06.08.2008 - 15:04
“Simurq”un iştirak ərizəsində 21 futbolçudan 11-i legionerdir
Bakı. Mehman Süleymanov - APA-Sport. Zaqatalanın “Simurq” klubu bu gün iştirak ərizəsini Azərbaycan Peşəkar Futbol Liqasına göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, ardıcıl üçüncü mövsümdür güclülər dəstəsində çıxış edən əyalət təmsilçisi ümumilikdə 33 futbolçunun xidmətindən yararlanacaq. Bunlardan 21-i əsas, 12-si əvəzedici komandanın oyunçularıdır. Premyer Liqa və ölkə kuboku uğrunda yeni mövsüm üçün iştirak ərizəsində qapıçılar Taras Çopik (1972 təvəllüd, 1 nömrə), Andrey Nikitin (1972, 12) müdafiəçilər Mixaylo Starostyak (1973, 2), Aleksandr Malıgin (1979, 4), Sergey Sokolov (1977, 5), Kaxaber Çxetiani (1978, 17), Mixail Maxviladze (1978, 20) Cavad Mirzəyev (1982, 27), yarımmüdafiəçilər Rasim Ramaldanov (1986, 3), Samir Abdulov (1987, 10), Tural Cəlilov (1986, 15), David Bolkvadze (1980, 18), Qriqol Dolidze (1980, 22), hücumçular – Ramin Nəsibov (1979, 7), Elşən Məmmədov (1980, 9), Vladimir Mazyar (1977, 13), Sergey Artyux (1985, 14), Arif İsayevin (1985, 19) adı yer alıb. “Simurq” müdafiəçi Rüstəm Məmmədov (1984), yarımmüdafiəçilər Ramil Sayadovla (1983) Aqşin Ömərovu (1981) da sifariş etsə də, onların komandada qalıb-qalmayacağı bəlli deyil. Məsələ ondadır ki, R.Məmmədov ilə R.Sayadov hərbi xidmətlə əlaqədar MOİK-in düşərgəsində yer alıb, A.Ömərov isə transferə çıxarılıb. Ötən mövsümlə müqayisədə heyətinin demək olar yarısını yeniləyən komandanın ukraynalı baş məşqçisi Roman Pokora gürcüstanlı futbolçuların sayını artırıb. “Simurq”un sifariş vərəqində Azərbaycan yığmasında da çıxış etmiş milliləşmiş rusiyalı S.Sokolovu da nəzərə alsaq, 11 legioner yer alıb. Qalan 10-dan 6-sı ukraynalı, 4-ü gürcüstanlı oyunçulardır. UEFA-nın qanında istifadəsi qadağan olunan dərman preparatı tapdığına görə 18 aylıq cəzalandırdığı S.Sokolov yenidən ölkəmizdə çıxış edəcək. Qeyd edək ki, milli çempionatımızda “Gəncə” və “Qarabağ” klublarında çıxış edən rusiyalı müdafiəçi son il yarımda cəzaya görə vətənində həvəskar liqada çıxış oynamalı olub.
0