Anatoli Ponomaryov İsveçin “Degerfors” klubuna keçdi
06.08.2008 - 16:34
Anatoli Ponomaryov İsveçin “Degerfors” klubuna keçdi
26 yaşlı yarımmüdafiəçi bildirib ki, “Bakı” kimi, bu komandada da icarə əsasında çıxış edəcək: “İsveçin HAİS klubu ilə müqaviləm var. Bu klubla anlaşma bir ildən sonra başa çatacaq. Yüksək liqada çıxış edən HAİS-ə qayıtmaq istəmədim. İsveçdə bir sıra variantlar olsa da, “Degerfors”u seçdim. İlk növbədə ona görə ki, bu komandanın baş məşqçisini Yan Storeni çox yaxşı tanıyıram. O, vaxtilə İsveçin iddialı, çempion klublarından sayılan AİK-in baş məşqçisi olub”. Milli komandamızın üzvünün sözlərinə görə, yeni klubuna maddi amillərə keçməyib: “Maddi durum yüksək olmaya da bilər. Əsas məsələnin idman tərəfidir. Daim oynamaqla, futbolçu kimi səviyyəni qaldırmaq olar. Həm də bu komandada çıxış etməklə evimə yaxın oluram. “Bakı”ya keçənədək də birinci liqada “Östers”in heyətində çıxış etmişəm. “Degerfors”un təklifi mənim üçün maraqlı olduğundan, qəbul etdim. Azərbaycanda çıxışım alınmır. Ora oyun üslubuma uyğun gəlmir. Bir daha Azərbaycan klubunda oynamamağı qərara almışam. Bakıya yalnız yığmadan dəvət olan zamanı gələcəyəm”.
0