“Xəzər-Lənkəran” Zaur Ramazanovla Mahir Şükürovu yenidən transferə çıxarıb
06.08.2008 - 17:50
“Xəzər-Lənkəran” Zaur Ramazanovla Mahir Şükürovu yenidən transferə çıxarıb
Milli komandamızın da üzvləri olan Z.Ramazanovla M.Şükürov hələ ötən mövsüm R.Karanın qayıdışınadək transferə çıxarılmışdı. Belə ki, Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ı çalışdırdığı dövrdə Z.Ramazanov qış fasiləsində nizam-intizam, M.Şükürov isə mövsüm bitəndən sonra maddi amillərə görə komandadan kənarlaşdırılmışdı. Ancaq sonradan hər iki futbolçu bağışlanaraq, heyətə qaytarılmışdı. 2004/05 mövsümündə “Karvan”da birgə çıxış edən bu futbolçulardan Z.Ramazanov üç ildir “Xəzər-Lənkəran”ın şərəfini qoruduğu halda, M.Şükürov bu ilin qışında “İnter”dən gəlib. Z.Ramazanov Lənkəran klubunda R.Karanın rəhbərliyi altında oynayıb. A.Mircavadovun dövründə kapitan sarğısını daşıyan hücumçu bir dəfə çempionlu, iki dəfə ölkə kubokunu qazanıb. M.Şükürov isə son mövsümdə kuboka sahib çıxan heyətdə yer alıb.
Qeyd edək ki, klub rəhbərliyi R.Karanın komandanın sükanı arxasına keçənədək kapitan sarğısını daşımış yarımmüdafiəçi Elmar Baxşıyevi transferə çıxarmışdı. Hər üç futbolçunun klubla hələ bir illik müqaviləsi var.
0