Az.TV “Bakı” – MOİK oyununu canlı yayımlamayacaq
08.08.2008 - 16:22
Az.TV “Bakı” – MOİK oyununu canlı yayımlamayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Bakı” - MOİK oyununu Az.TV canlı yayımlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb görüşün vaxtının dəyişdirilməsidir. İlkin razılığa görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun avqustun 10-da saat 18:30-da başlamalı idi və bu, Az.TV-nin həftəlik proqramında əks olunmuşdu. Amma avqustun 6-da “Bakı” rəhbərliyi yazılı şəkildə Az.TV-nin baş proqram direksiyasına müraciət edərək, havanın isti olmasına görə oyunun vaxtının saat 20:00-a dəyişdirilməsi haqda məlumat verib. Həmin saatda isə proqramda başqa verilişlərin yayımlanması nəzərdə tutulduğuna görə, “Bakı” – MOİK oyununun canlı yayımı mümkün olmayacaq.
0