Nizami Sadıqov “Qarabağ”ın məşqçisi təyin olunub
08.08.2008 - 17:10
Nizami Sadıqov “Qarabağ”ın məşqçisi təyin olunub
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun məşqçisi Nizami Sadıqov iş yerini dəyişib. “APA-Sport” agentliyinin məlumatına görə, 41 yaşlı mütəxəssis “Qarabağ” klubunda işə başlayıb. N.Sadıqov “Neftçi”də olduğu kimi, Ağdam klubunda da qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. O, “Qarabağ”a yeni baş məşqçi Qurban Qurbanovun dəvəti ilə gəlib. N.Sadıqov futbolçu karyerası dövründə Q.Qurbanovla birgə “Turan”da ölkə çempionluğunu qazanıb. Məşqçilik karyerasına “Turan”ın çalışdırıcısı kimi başlayan N.Sadıqov 2004-cü ilin payızında Ağasəlim Mircavadov “Neftçi”nin sükanı arxasına keçəndən sonra bu komandaya yollanıb. Sonradan Q.Qurbanovun köməkçisi olan veteran qapıçı çexiyalı Vlastimil Petrjela və ukraynalı Anatoli Demyanenkonun da köməkçisi olub. “Neftçi”nin məşqçilər korpusunda dəyişikliyin olacağı gözlənilirdi ki, nəticədə N.Sadıqov 4 ildir çalışdığı komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, Q.Qurbanovun digər köməkçiləri olan Müşfiq Hüseynovla Elşad Xudadatov hələ Rasim Karanın dövründən “Qarabağ”da məşqçi kimi çalışır.
0