Qurban Qurbanov: “Bakılı” həmişə əzmkar olub”
08.08.2008 - 17:40
Qurban Qurbanov: “Bakılı” həmişə əzmkar olub”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qarabağ”ın sükanı arxasında olduğum qısa müddətdə komandanın ilk tura tam hazır olmasına çalışdım. Fikrimcə, mövsümə uğurla start götürə bilərik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovu deyib. Onun sözlərinə görə, yeni komandası “Bakılı” ilə sabahkı oyuna tam hazırdır: “Futbolçuların hər biri ilə fərdi söhbətim oldu. Baş məşqçi postunda gözlənilməz dəyişiklikdən sonra futbolçuların diqqətinin yayınmamağına çalışdım. “Qarabağ”ın mövsümün açılış matçında uğurla çıxış etməsi üçün bütün bacarığımızı əsirgəmədik. Hazırda komandada psixoloji durum qaydasındadır. “Bakılı” ilə sabahkı oyunda yaxşı nəticəyə ümidliyik. Əsas məqsədimiz mövsümə qələbə ilə başlamaqdır”. Q.Qurbanov “Bakılı”nın hazırkı durumu haqda elə də bilgisinin olmadığını gizlətməyib: “Açığı, rəqib haqda az məlumatımız var. Ancaq bu klubun prezidenti Misir Əbilovla baş məşqçisi Nadir Qasımovu yaxşı tanıyıram. Onların çalışdığı “Bakılı” həmişə əzmkar olub. Bu, futbolçu karyeram dövründən, “Neftçi”də oynadığı vaxtdan yadımdadır. “Bakılı” iddialı komandalara qarşı əzmkar oyunu ilə seçilib. Hesab edirəm ki, sabah maraqlı oyun olacaq”.


0