“Turan” meydana baş məşqçisiz çıxacaq
08.08.2008 - 18:18
“Turan” meydana baş məşqçisiz çıxacaq
Tovuz. Mehman Süleymanov - APA-Sport. Tovuzun “Turan” klubunun baş məşqçisi Mustafa Yılmazı Azərbaycan Premyer Liqasının ilk turunda avqustun 10-da Zaqatalada “Simurq”la oyunda texniki zonada yer almayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb M.Yılmazın lisenziyasının olmamasıdır. “Turan” bir illik müqavilə bağladığı yeni çalışdırıcısının adının Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə daxil etmək üçün ona görə 10 min manat məbləğində rüsum ödəməlidir. AFFA-nın qərarına əsasən, klublara yalnız Pro və A kateqoriyası olan əcnəbi mütəxəssislərin sifarişi havayı başa gəlir. M.Yılmazda bu kateqoriyaya malik olan sənəd olmadığı üçün ona görə rüsum ödəmək lazımdır. Maliyyə problemlərini həll etməyə çalışan “Turan” 10 min məbləği ödəməyənədək yeni baş məşqçisi komandasının oyununu tribunadan izləməli olacaq. Bu müddətdə texniki zonadan məsləhətləri köməkçi məşqçilər Rasim Məmmədovla Həsən Əhmədov verəcək.
0