“Bakılı” klubu 5000 manat cəzalandırılacaq
10.08.2008 - 13:22
“Bakılı” klubu 5000 manat cəzalandırılacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Üç illik fasilədən sonra Azərbaycanın güclülər dəstəsinə qayıdan “Bakılı” klubu cəzalandırılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb komandanın baş məşqçisi Nadir Qasımovun ilk turda “Qarabağ”la oyundan sonra mətbuat konfransına gəlməməsidir. O, jurnalistlər qarşısına köməkçisi İlqar Hüseynovu göndərib. Cari mövsümdən Azərbaycan Premyer Liqasını və ölkə kubokunu keçirən Azərbaycan Peşəkar Futbol Liqası baş məşqçilərin oyun sonrası mətbuat konfransına gəlməsini klublar qarşısında tələb kimi qoyub. Əks təqdirdə klublar 5000 manat məbləğində cərimə ödəməli olacaq.
Qeyd edək ki, “Bakılı” ilə bağlı qərar AFFA Nizam-İntizam Komitəsinin ilk turdan sonra keçiriləcək iclasında çıxarılacaq.
0