Elvin Məmmədov İslandiya yığması ilə yoldaşlıq görüşünə çağırılıb
11.08.2008 - 10:19
Elvin Məmmədov İslandiya yığması ilə yoldaşlıq görüşünə çağırılıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İslandiya yığması ilə yoldaşlıq görüşünə daha bir futbolçu çağırıb. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis Bakının “İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovu avqustun 20-də səfərdə keçiriləcək matçın hazırlığına qatmağa qərar verib. B. Foqts Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində keçirilən “Olimpik” – “İnter” oyununu izlədikdən sonra 20 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərməyi məqsədəuyğun sayıb. Olimpiya yığmamızın üzvü olan E.Məmmədovu “İnter”in Çempionlar Liqasının oyunlarından bəyənən almaniyalı mütəxəssis onu dəvət edəcəyini bildirmişdi.
Qeyd edək ki, E. Məmmədov da daxil olmaqla İslandiya ilə oyuna hazırlaşan milli üzvlərinin sayı 25-ə çatıb.
0