“Fiorentina” klubu Çempionlar Liqasında yeni mövsümə qələbə ilə başlayıb
13.08.2008 - 10:15
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliya A seriyasında ötən mövsümü 4-cü yerdə başa vurmuş “Fiorentina” öz meydanında keçirdiyi ilk oyunda Çexiya çempionu “Slaviya”nı məğlub edib - 2:0. Vaxtilə “Şəmkir” və “Karvan”ı avrokuboklarda mübarizədən kənarlaşdıran “Slaviya”nın qapısından topları Adrian Mutu (4-cü dəq.) və Alberto Çilardinyo (52-ci dəq.) keçirib. Cavab matçı iki həftədən sonra baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin qalan ilk oyunları bu gün keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin qalan ilk oyunları bu gün keçiriləcək.
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
0
0