“Neftçi”nin Bakıda məğlub etdiyi Rumıniya klubu UEFA kubokunda qələbə qazanıb
15.08.2008 - 11:02
“Neftçi”nin Bakıda məğlub etdiyi Rumıniya klubu UEFA kubokunda qələbə qazanıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. UEFA kubokunun ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu mərhələdə 32 matçdan biri baş tutmayıb. Belə ki, Gürcüstandakı hərbi vəziyyətlə əlaqədar yerli “VİT-Corciya” və Avstriyanın “Austriya” klubları arasında görüş olmayıb. UEFA bu cütün qalibinin yalnız bir matçda, avqustun 28-də Vyanada müəyyənləşdirilməsi barədə qərar verib. Çempionlar Liqasında olduğu kimi, UEFA kubokunda da Kipr təmsilçisi sensasiyaya imza atıb. Kiprlilər yenə Yunanıstan klubu ilə qarşılaşmada gözlənilmədən qələbə qazanıblar. Bu dəfə “Omoniya” səfərdə AEK-i üstələyib. Danimarkanın vitse-çempionu “Midtülland” da rəqib meydanında “Mançester Siti”yə qalib gəlib. Azərbaycanın “Neftçi”, “Olimpik” və “Xəzər-Lənkəran” klublarını avrokuboklardan kənarlaşdıran komandalar isə qol buraxmamaqla diqqət çəkib. “Vaslui” (Rumıniya) Latviyadan qələbə ilə döndüyü halda, “Lex” (Polşa) doğma meydanda “Qrasshoppers”i (İsveçrə) 6 qolla məyus edib. “Voyvodina” isə öz meydanında israillilərlə müqavimətini qıra bilməyib - 0:0. Cavab matçları 26 və 28 avqusta təyin olunub.

UEFA kuboku ikinci təsnifat mərhələsi, ilk oyunlar:

“Metallurq” (Latviya) – “Vaslui” (Rumıniya) - 0:2
“Borats” (Serbiya) – “Lokomotiv” (Sofiya, Bolqariya) - 1:0
“Honka” (Finlandiya) – “Vikinq” (Norveç) - 0:0
“Voyvodina” (Serbiya) – “Hapoel” (Təl-Əviv, İsrail) - 0:0
“Haka” (Finlandiya) – “Brondbü” (Danimarka) - 0:4
“Legiya” (Polşa) – “Moskva” (Rusiya) - 1:2
“Apoel” (Kipr) – “Srvena Zvezda (Serbiya) - 2:2
“Yurgorden” (İsveç) – “Rusenborq” (Norveç) - 2:1
“Elfsborq” (İsveç) – “Sent-Patrik” (İrlandiya) - 2:2
“Liteks” (Bolqarıstan) – “Hapoel” (Kiriyat Şmona, İsrail) - 0:0
“Stabek” (Norveç) – “Renn” (Fransa) - 2:1
“Suduva” (Litva) – “Zaltsburq” (Avstriya) - 1:4
“Yanq Boyz” (İsveçrə) – “Debretsen” (Macarıstan) - 4:1
“Gent” (Belçika) – “Kalmar” (İsveç) - 2:1
“Aris” (Yunanıstan) – “Slaven Belupo” (Xorvatiya) - 1:0
“Kopenhagen” (Danimarka) – “Lillestryom” (Norveç) - 3:1
“Hafnarfyordur” (İslandiya) – “Aston Villa” (İngiltərə) - 1:4
“Slovan” (Çexiya) – “Jilina” (Slovakiya) - 1:2
“Makkabi” (Netanya, İsrail) – “Çerno More” (Bolqarıstan) - 1:1
“Sürix” (İsveçrə) – “Şturm” (Avstriya) - 1:1
AEK (Yunanıstan) – “Omoniya” (Kipr) - 0:1
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Beşiktaş” (Turkiyə) - 1:2
“Vlajniya” (Albaniya) – “Napoli” (İtaliya) - 0:3
“Braqa” (Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina) - 1:0
“Lex” (Polşa) – “Qrasshoppers” (İsveçrə) - 6:0
“Mançester Siti” (İngiltərə) – “Midtülland” (Danimarka) - 0:1
“Kuinz of ze Saus” (Şotlandiya) – “Nordsyelland” (Danimarka) - 1:2
“Deportivo (İspaniya) - Xayduk (Xorvatiya) 0:0
“Ştutqart” (Almaniya) – “Qyor” (Macarıstan) - 2:1
“Dnepr” (Ukrayna) – “Bellinzona” (İsveçrə) – 3:2
“Lyublyana” (Sloveniya) – “Herta” (Almaniya) – 0:2
0