“Beşiktaş”ın davakar futbolçuları “Xəzər-Lənkəran”la qarşılaşmanın məşqlərinə başlayıblar
15.08.2008 - 15:52
“Beşiktaş”ın davakar futbolçuları “Xəzər-Lənkəran”la qarşılaşmanın məşqlərinə başlayıblar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Beşiktaş” komandasının davakar futbolçuları İbrahim Üzülmez və İbrahim Toraman bu gündən etibarən məşqlərə qatılıblar. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki futbolçu sabah “Xəzər-Lənkəran”a qarşı keçiriləcək yoldaşlıq görüşünə hazırlaşır. Bu, bir müddət öncə məşq zamanı əlbəyaxaya çıxan İ.Üzülmez və İ.Toramanın cəzalandırılmasından sonra ilk oyunu ola bilər. Yoldaşlıq matçında müxtəlif səbəblərdən “Beşiktaş”ın bir neçə üzvünün forma geyməyəcəyi bildirilir.
Qeyd edək ki, “Beşiktaş” və “Xəzər-Lənkəran” arasında oyun məşhur türkiyəli futbolçu Oqtay Dərəlioğlunun şərəfinə həsr olunacaq.
0