İslandiyalı məşqçi Azərbaycanın futbol millisi ilə oyun öncəsi heyətə dəyişiklik edib
18.08.2008 - 17:56
İslandiyalı məşqçi Azərbaycanın futbol millisi ilə oyun öncəsi heyətə dəyişiklik edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının yoldaşlıq görüşü keçirəcəyi İslandiya yığmasının heyətində dəyişiklik baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, islandiyalıların baş məşqçisi Olafur Yohannesson avqustun 20-də Reykyavikdə keçiriləcək yoldaşlıq oyununa çağırdığı oyunçuların siyahısında dəyişiklik etməli olub. Belə ki, mütəxəssis açıqladığı ilkin siyahıda yer alan Arnor Smarasonun xidmətindən yararlana bilməyəcək. Hollandiyanın “Herenven” klubunda çıxış edən 20 yaşlı hücumçunun əvəzinə yerli “Hafnarfyordur”un 24 yaşlı ön xətt oyunçusu David Vidarsson milliyə dəvət olunub. Qeyd edək ki, O. Yohanesson avqustun 20-də Bakı vaxtı ilə saat 00:45-də keçiriləcək qarşılaşmaya 20 futbolçu çağırıb.
0