Azərbaycan - İslandiya matçına ən baha bilet 35 manatadır
19.08.2008 - 12:12
Azərbaycan - İslandiya matçına ən baha bilet 35 manatadır
Reyvyavik. Aqşin Əliyev - APA-Sport. Sabah İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, qarşıdakı oyuna ən ucuz biletin qiyməti 1000 İslandiya kronuna (təxminən 10 manat) bərabərdir. Sektorlardan asılı olaraq, biletlərə qoyulan qiymətlər 3500 kronadək artır. AFFA rəhbərliyi yığmamızı dəstəkləmək üçün Bakıdan Reyvyavikə yollanmış 60 azarkeşə pulsuz bilet təşkil edib. Qarşılaşma İslandiya paytaxtında yerləşən “Lauqardalsvolyur” stadionunda baş tutacaq. 1958-ci ildən istifadəyə verilmiş arena 7176 tamaşaçı tutumuna malikdir. “Lauqardalsvolyur” İslandiya milli komandasının əsas meydançası olmaqla yanaşı, həm də Reyvyavikin “Fram” klubunun ev stadionu sayılır.
Qeyd edək ki, yığmamızın islandiyalılarla görüşünün start fiti avqustun 20-dən 21-keçən gecə Bakı vaxtı ilə saat 00:45-də çalınacaq.
0