Mahmud Qurbanov: “İslandiya yığması ilə oyun çox çətin olacaq”
19.08.2008 - 12:57
Mahmud Qurbanov: “İslandiya yığması ilə oyun çox çətin olacaq”
Reykyavik. Aqşin Əliyev – APA-Sport. “İslandiya futbolu deyəndə adamın ağlına öncə Eydur Qudyonssen gəlir. “Barselona“nın hücumçusu milli komandanın əsl lideridir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahmud Qurbanov deyib. Onun bildirdiyinə görə, milli komandamızın İslandiya ilə yoldaşlıq görüşü ağır olacaq: “Çünki təyyarə ilə 7 saat uçmuşuq. Yol yorğunluğundan başqa, Bakı ilə Reykyavik arasındakı 5 saatlıq fərq mövcuddur. Bütün bunlar nəticəyə mənfi təsir göstərə bilər”. Bakı “İnter”ində çıxış edən M.Qurbanov Azərbaycan Premyer Liqasının son turunda oynamamasının səbəbini belə izah edib: “Baş məşqçimiz Valentin Xodukin yığmanın heyətində təlim-məşq toplanışında iştirak etdiyimi nəzərə alaraq, mənə istirahət verdi. Məhz bu səbəbdən “Standard”la qarşılaşmanı buraxmalı oldum”. Yığmanın hazırlıq səviyyəsindən razı qalan futbolçu səfərdə uğurlu nəticə qazanacaqlarınıa inandığını vurğulayıb.
0