Mahmud Qurbanov İslandiya ilə yubiley oyununa çıxacaq
19.08.2008 - 12:26
Mahmud Qurbanov İslandiya ilə yubiley oyununa çıxacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İslandiya millisinə qarşı oyun Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahmud Qurbanov üçün yubileylə əlamətdar olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 20-də İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək görüş 35 yaşlı futbolçunun millidə 75-ci oyunu olacaq. Azərbaycan yığmasının indiyədək keçirdiyi 141 matçdan 74-də çıxış edən M. Qurbanov sabahkı qarşılaşmada meydana çıxsa, bu göstəricidə Tərlan Əhmədova çatacaq.
Qeyd edək ki, yalnız Aslan Kərimov yığmada keçirdiyi 80 oyunla T. Əhmədovu qabaqlayır.


0