Albaniya - Azərbaycan oyununu litvalı hakimlər idarə edəcək
19.08.2008 - 15:31
Albaniya - Azərbaycan oyununu litvalı hakimlər idarə edəcək
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində son oyununun vaxtı və yeri dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, sentyabrın 10-da keçiriləcək Albaniya – Azərbaycan oyunu Albaniyanın Vlora şəhərinin 8500 tamaşaçı tutan “Flyamurtari” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün hakimləri də bəlli olub. Matçı Litvadan olan 30 yaşlı FİFA referisi Gediminas Majeyka idarə edəcək. Ona həmyerliləri Darius Miklovas, Sauliyus Karka və Audrius Kansleris kömək edəcək. Hakimlərin işinə çexiyalı Karel Bohunek qiymət verəcək.
Qeyd edək ki, Azərbaycan yığması keçirdiyi 8 oyunda 1 xal toplayaraq qrupda sonuncu yerdə qərarlaşıb.
0