Nigeriya futbol yığması Pekin Olimpiadasının finalına vəsiqə qazanıb
19.08.2008 - 16:03
Nigeriya futbol yığması Pekin Olimpiadasının finalına vəsiqə qazanıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Nigeriya milli komandası XXIX Yay Olimpiya Oyunlarının futbol turnirinin ilk finalçısı olub. “APA-Sport” agentliyinin məlumatına görə, ilk yarımfinal oyununda Belçika ilə qarşılaşan Afrika təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. 1996-cı ildə olimpiya çempionu olan nigeriyalıların final qarşılaşmasındakı rəqibi bu gün keçiriləcək Argentina – Braziliya oyununda müəyyənləşəcək.
Qeyd edək ki, XXIX Yay Olimpiya Oyunların qızıl medalları uğrunda oyun avqustun 23-də, üçüncü yer uğrunda matç isə 22-də olacaq.
0