AFFA 4 hakimi oyunlardan kənarlaşdırıb
19.08.2008 - 16:34
AFFA 4 hakimi oyunlardan kənarlaşdırıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bu gün AFFA Hakimlər Komitəsinin (HK) iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, komitə hakimlərin Azərbaycan Premyer Liqasının ikinci turunun oyunlarındakı idarəçiliyini müzakirə edib. Oyunların gedişində ciddi qüsurları olmasa da, 4 hakim cəzalandırılıb. “Qarabağ” – “Olimpik” görüşündə baş hakim olmuş Anar Niyazov və ehtiyat hakim Əmrah İbrahimov, həmçinin “Karvan” – “Bakılı” matçını idarə etmiş Anar Salmanov və ehtiyat hakim Zahid Həşimov qarşılaşmadan sonra tərtib etdikləri protokolda səhvlərə yol verib. HK-nin qərarına əsasən baş hakimlər 2 tur, ehtiyat hakimlər isə 4 tur Premyer Liqada əsas və əvəzedicilərin, həmçinin ölkə kubokunun oyunlarından kənarlaşdırılıb.
0