Azərbaycan yığmasının 3 futbolçusu İslandiya ilə oyunu buraxa bilər - FOTOSESSİYA
19.08.2008 - 17:25
Azərbaycan yığmasının 3 futbolçusu İslandiya ilə oyunu buraxa bilər - FOTOSESSİYA
Belə ki, müxtəlif səbəblərdən Aleksandr Çertoqanov, Usim Nduka və Nodar Məmmədov hazırlığa qatılmayıb. Onların islandiyalılarla matçda meydana çıxacaqları sual altındadır. Məşq zamanı futbolçular toplu çalışmalara üstünlük verərək, müxtəlif təmrinləri yerinə yetiriblər. Dünənkindən fərqli, bu dəfə yığmamızın serbiyalı legioneri, “Srvena Zvezda” klubunun şərəfini qoruyan Branimir Subaşiç də baş məşqçi Berti Foqtsun sərəncamında olub. Qapıçılar Rauf Mehdiyev, Fərhad Vəliyev və Kamran Ağayev isə komandadan ayrı məşq ediblər. Məşqi AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov və assosiasiyanın digər rəsmiləri izləyiblər. Bir saat davam edən məşq yüngül qaçışla yekunlaşdırılıb. Milli komandamızın son məşqi bu gün axşam qarşılaşmanın keçiriləcəyi “Lauqardalsvolyur” stadionunda olacaq.
Qeyd edək ki, İslandiya - Azərbaycan matçına avqustun 20-dən 21-nə keçən gecə saat 00:45-də start veriləcək. Oyun AzTV telekanalı vasitəsilə canlı yayımlanacaq.










Fotolar Eldəniz Bədəlovundur
0