Valentin Xodukin: “Andrey Rubinin növbəti turda meydana çıxması mümkündür”
19.08.2008 - 18:39
Valentin Xodukin: “Andrey Rubinin növbəti turda meydana çıxması mümkündür”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Andrey Rubinin artıq növbəti turda “İnter”in formasında Premyer Liqa oyununa çıxması mümkündür. Bu, sənədləşmə işinin nə vaxt yekunlaşmasından asılıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. 69 yaşlı mütəxəssis iki ay əvvəl Bakıya dəvət edib anlaşa bilmədikləri 30 yaşlı yarımmüdafiəçini qarşıdakı oyunlarda sərəncamında görə biləcək: “Rubinlə hələ iyunda müqavilə bağlamalı idik. Lakin Liepaya “Metallurq”una məxsus olan futbolçunun keçidində problem yarandı. Klubu ilə məsələni həll etdiyindən Azərbaycana gələn yarımmüdafiəçi artıq komandamızın düşərgəsindədir. Müqavilə, sifariş vərəqi və digər sənədləri qeydiyyatdan keçirməyimiz qalıb. Bu işi yekunlaşdırandan sonra futbolçunu komandamızın heyətində görəcəksiz”. Qeyd edək ki, A. Rubin heyətində 2004-cü il Avropa çempionatının final mərhələsinə qatıldığı Latviya milli komandasının heyətində 93 oyuna 8 qol vurub.
0