Azərbaycan milli komandasının İslandiya ilə yoldaşlıq görüşü 33 yaşlı hakimə tapşırılıb
20.08.2008 - 00:33
Azərbaycan milli komandasının İslandiya ilə yoldaşlıq görüşü 33 yaşlı hakimə tapşırılıb
Reyvyavik. Aqşin Əliyev - APA-Sport. İslandiya və Azərbaycanın futbol yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 20-də Reyvyavikin “Lauqardalsvolyur” stadionunda oynanılacaq matç Uels Futbol Assosiasiyasının hakimlərinə tapşırılıb. Qarşılaşmanın baş hakimi Simon Evans olacaq. 33 yaşlı FİFA referisinə Alan Bure və Qaret Heqarti yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Hyu Cons yerinə yetirəcək.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:45-də başlanacaq oyun AzTV telekanalı vasitəsilə canlı yayımlanacaq.
0