Azərbaycanın milli futbol komandası Litvada keçirilən beynəlxalq turnirə heç-heçə ilə başlayıb
20.08.2008 - 10:00
Azərbaycanın milli futbol komandası Litvada keçirilən beynəlxalq turnirə heç-heçə ilə başlayıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan futbol yığması Litvada keçirilən beynəlxalq turnirə heç-heçə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Litva Futbol Federasiyasının təşkil etdiyi Palanqa turnirində ilk turun oyunları keçirilib. 17 yaşlılardan ibarət milli komandamız Latviya ilə qarşılaşmadan 0:0 hesablı bərabərliklə ayrılıb. Komandamızın yer aldığı A qrupunda keçirilən digər matçda qarşılaşan Litva və Belarus milliləri arasında oyun da heç-heçə ilə nəticələnib – 1:1. Yığmamız növbəti oyununu bu gün meydan sahiblərinə qarşı keçirəcək.
0