“Standard”ın keçmiş hücumçusu Anatoli Doroş “Karvan”a gəlir
20.08.2008 - 13:28
“Standard”ın keçmiş hücumçusu Anatoli Doroş “Karvan”a gəlir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Yevlaxın “Karvan” klubu moldovalı Anatoli Doroşu heyətinə qatmaq niyyətindədir. “APA-Sport” agentliyinin məlumatına görə, yevlaxlıların 25 yaşlı hücumçu ilə danışıqları yekunlaşmaq üzrədir. Hazırda Rusiyanın birinci divizionunda çıxış edən Ulyanovskun “Volqa” klubunun şərəfini qoruyan A. Doroş səkkiz aylıq fasilədən sonra yenidən Yunis Hüseynovun rəhbərliyi altında oynaya bilər. 2006/07 mövsümündə “MKT-Araz”ın şərəfini qoruyan moldovalı bu klub Premyer Liqada çıxışını dayandırandan sonra “Standard”a keçib. Yarım il həmin vaxt paytaxt təmsilçisini çalışdıran Y. Hüseynovun rəhbərliyi altında top qovan A. Doroş onun ardınca klubu tərk edib. Çalışdırıcı əsas hücumçu Süleyman Kamaranın zədələnərək bir aylıq sıradan çıxmasından sonra ön xətdə yaranan boşluğu yaxşı tanıdığı hücumçu ilə aradan qaldırmaq fikrindədir.
Qeyd edək ki, bir müddət əvvəl digər Azərbaycan klubları da A. Doroşu heyətinə qatmaq istəyirdi.
0