Azərbaycan 21 yaşlılardan ibarət futbol komandası Latviya millisinə böyük hesabla uduzub
21.08.2008 - 09:45
Azərbaycan 21 yaşlılardan ibarət futbol komandası Latviya millisinə böyük hesabla uduzub
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanın milli futbol komandası böyük hesabla məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizin 21 yaşlılardan ibarət yığması Latviya ilə qarşılaşmada 0:3 hesabı ilə uduzub. Yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippertin yetirmələrini Andrey Rudnev (11-ci dəqiqədə), Oleq Layzans (36-cı dəqiqə) və Dmitri Zolotaryov (68-ci dəqiqə) məyus edib. Qeyd edək ki, Yurmala şəhərində keçirilən yoldaşlıq oyunu gənclər arasında Avropa çempionatının son seçmə matçlarına hazırlıq məqsədi daşıyırdı. Yığmamız sentyabrın 6-da Farer adaları ilə Bakıda, sentyabrın 10-da Albaniya ilə rəqib meydanında qarşılaşacaq.
0