Azərbaycanın milli futbol komandasının seçmə mərhələdə ilk iki rəqibi məğlub olub
21.08.2008 - 11:10
Azərbaycanın milli futbol komandasının seçmə mərhələdə ilk iki rəqibi məğlub olub
Almaniya Belçika, Finlandiya isə İsrail üzərində qələbə qazanıb. Hər iki rəqibimiz 2:0 hesabı ilə qalib gəlib. Rusiya Hollandiya ilə matçdan heç-heçə ilə ayrılıb - 1:1. Millimizin sentyabrda keçiriləcək ilk iki matçındakı rəqibləri isə məğlub olub. Gələn ayın 6-da yığmamızı qəbul edəcək Uels öz meydanında Gürcüstana 1:2 hesabı ilə uduzub. Sentyabrın 10-da Bakıda keçiriləcək matçdakı rəqibimiz Lixtenşteyn isə səfərdə Albaniya önündə aciz qalıb - 0:2. Uğurlu çıxışı ilə sonuncu Avropa çempionatına rəng qatan Türkiyə meydanında Çilini minimal hesabla məğlub edib – 1:0. Sonuncu qitə çempionu İspaniya isə Danimarkada keçirilən oyunda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunları

Azərbaycan – İslandiya – 1:1
Türkiyə - Çili - 1:0
Almaniya – Belçika – 2:0
Rusiya – Hollandiya - 1:1
Uels – Gürcüstan – 1:2
Albaniya – Lixtenşteyn - 2:0
Finlandiya – İsrail - 2:0
Estoniya – Malta - 2:1
Macarıstan – Çernoqoriya - 3:3
Ukrayna – Polşa - 1:0
Belarus – Argentina - 0:0
Litva – Moldova - 3:0
Mərakeş – Benin - 3:1
Qətər – Tacikistan - 4:0
Norveç – İrlandiya - 1:1
Rumıniya – Latviya - 1:0
Bosniya və Herseqovina – Bolqarıstan - 1:2
Danimarka – İspaniya - 0:3
Lüksemburq – Makedoniya – 1:4
Slovakiya – Yunanıstan – 0:2
İtaliya – Avstriya – 2:2
Sloveniya – Xorvatiya - 2:3
İsveçrə - Kipr – 4:1
İngiltərə - Çexiya – 2:2
Portuqaliya – Farer adaları – 5:0
Şotlandiya – Şimali İrlandiya - 0:0
İsveç – Fransa – 2:3
Qvineya – Kot d’İvuar – 1:2
Sudan – Misir – 4:0
Tanzaniya – Qana – 1:1
Yaponiya – Uruqvay - 1:3
Paraqvay – Səudiyyə ərəbistanı – 1:1
Tunis – Anqola – 1:1
Əlcəzair – BƏƏ – 1:0
0