Azərbaycan-Lixtenşteyn futbol matçının hakim inspektoru məlum olub
21.08.2008 - 12:34
Azərbaycan-Lixtenşteyn futbol matçının hakim inspektoru məlum olub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın futbol üzrə milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirəcəyi matçın vaxtı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın sentyabrın 10-da Lixtenşteynə qarşı keçirəcəyi görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun hakim inspektoru da məlum olub. Görüşün hələ adları açıqlanmayan hakimlərinin işinə belçikalı Karel Vertongen qiymət verəcək.
0