Avropa çempionatının seçmə oyunlarında Azərbaycanı təmsil edəcək futbol hakimləri müəyyənləşib
22.08.2008 - 09:30
Avropa çempionatının seçmə oyunlarında Azərbaycanı təmsil edəcək futbol hakimləri müəyyənləşib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Yeniyetmələrdən ibarət milli komandalar arasında Avropa çempionatının birinci seçmə mərhələsinin oyunlarını idarə edəcək Azərbaycan hakimlərinin tam siyahısı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, hakim köməkçiləri Elman Musayev və Ramiz Əsədov da seçmə oyunlarında iştirak edəcək. 17 yaşlılardan ibarət milli komandalar arasında turnirin Fransada keçirilən 11-ci seçmə qrupunun matçlarına təyin olunan Fariz Yusifova kömək edəcək yan xətt hakimlərindən biri Elman Musayev olacaq. Sentyabrın 26-dan oktyabrın 1-dək baş tutacaq oyunlarda meydan sahibləri ilə yanaşı Şotlandiya, Slovakiya və San-Marino yığmaları da iştirak edəcək. 19 yaşlıların turnirinə dəvət alan Babək Quliyevə yardım edəcək hakimin də adı açıqlanıb. Belarusda keçiriləcək turnirdə onun köməkçilərindən biri Ramiz Əsədov olacaq. Oktyabrın 1-8-də Belarusda keçiriləcək turnirdə meydan sahibləri ilə yanaşı İsveçrə, İspaniya və Farer adaları yığmaları mübarizə aparacaqlar.
0