Azərbaycan yığmasına ukraynalı futbolçu dəvət olunub
22.08.2008 - 13:20
Azərbaycan yığmasına ukraynalı futbolçu dəvət olunub
İslandiya ilə avqustun 20-də Reykyavikdə keçirilmiş oyuna yollanan heyətlə müqayisədə yığmanın heyətində bir sıra dəyişikliklər var. B. Foqts 4 oyunçunu yığmaya çağırmayıb. Müdafiəçi Usim Nduka və yarımmüdafiəçi Aleksandr Çertoqanov zədəli olduqlarından milli komandadan kənarda qalıblar. Eyni zamanda avqustun 28-də Serbiyanın “Srvena Zvezda” klubunun heyətində UEFA kubokunun cavab matçına çıxacaq Branimir Subaşiç və Polşanın “Poloniya” komandasının üzvü Saşa Yunisoğlu İranla qarşılaşmada iştirak etməyəcək. Əvəzində, “İnter” klubunun 24 yaşlı müdafiəçisi Vladimir Levin ilk dəfə əsas komandanın heyətinə cəlb olunub. 2004-cü ildən Azərbaycan çempionatında çıxış edən ukraynalı V. Levin ölkəmizə gəldikdən bir qədər sonra milliləşərək, 21 yaşlılardan ibarət yığmada oynayıb.

Azərbaycan yığmasının heyəti:

Qapıçılar:
Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”).

Müdafiəçilər: Mahir Şükürov (klubsuz), Rail Məlikov, Rəşad Sadıqov (hər ikisi “Neftçi”), Emin Quliyev (“Xəzər-Lənkəran”), Samir Abbasov, Vladimir Levin (hər ikisi “İnter”).

Yarımmüdafiəçilər: Elmar Baxşıyev (“Neftçi”), Cavid Hüseynov, Elvin Məmmədov, Mahmud Qurbanov (hamısı “İnter”), Zeynal Zeynalov (NBC), Fabio Luis Ramim (“Bakı”), Nodar Məmmədov (MOİK).

Hücumçular: Xaqani Məmmədov (“İnter”), Vaqif Cavadov (“Qarabağ”).
0