Vladimir Levin: “Azərbaycan yığmasına dəvət almağım xoş sürpriz oldu”
22.08.2008 - 13:40
Vladimir Levin: “Azərbaycan yığmasına dəvət almağım xoş sürpriz oldu”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan milli komandasına dəvət almağım mənim üçün xoş sürpriz oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun müdafiəçisi Vladimir Levin deyib. Karyerasında ilk dəfə əsas yığmaya çağırılan 24 yaşlı futbolçu avqustun 27-də İrana qarşı keçiriləcək yoldaşlıq görüşündə debüt etmək şansı qazanıb: “Açığı, milli komandaya çağırılacağımı gözləmirdim. Gənclərdən ibarət yığmada kifayət qədər oynamışam. Lakin bu çoxdan olub”. Hazırda yaxşı fiziki forma yığdığını bildirən V.Levin iranlılarla matça hazır olduğunu söyləyib: “Milli komandada möhkəmlənib-möhkəmlənməyəcəyimə deyə bilmərəm. İstənilən halda, özümü qarşıdakı yoldaşlıq görüşündə forma geyinməyə hazıram”.
0