“Boluspor”un baş məşqçisi: “İlqar Qurbanov mənim axtardığım futbolçudur”
22.08.2008 - 15:37
“Boluspor”un baş məşqçisi: “İlqar Qurbanov mənim axtardığım futbolçudur”
Bolu. Elşən Məmmədov - APA-Sport. “İlqar Qurbanov mənim axtardığım oyunçudur. O, istənilən mövqedə oynamağa qadirdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin I Liqasında çıxış edən “Boluspor” komandasının baş məşqçisi Sərhat Güllər deyib. S. Güllər bildirib ki, iyulda Türkiyənin “Sivaspor” klubundan bir illik icarəyə götürülmüş Azərbaycan yığmasının üzvü İlqar Qurbanov hər iki ayağından məharətlə istifadə edir: “İlqarı hücumçuların arxasında oynatmaq istəyirəm. Lakin qolçu kimi də ona şans verə bilərəm. Bundan əlavə, Qurbanov hər iki ayağını bacarıqla işə sala bilir”. Öz növbəsində 22 yaşlı futbolçu 2008/09 mövsümündə “Boluspor”un uğurlu çıxışı üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib: “Hücumçu kimi daha faydalı olacağımı düşünürəm. Amma ən önəmlisi “Boluspor”un yaxşı çıxışıdır. Burada xoşbəxtəm və komandaya uğur qazanmaq üçün gəlmişəm”.
0