“İnter” 2697 gündür səfərdə “Bakı”nın qapısına qol vura bilmir
22.08.2008 - 16:53
“İnter” 2697 gündür səfərdə “Bakı”nın qapısına qol vura bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasının III turunda uğursuz seriyanı qırmağa çalışacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Valentin Xodukinin rəhbərlik etdiyi kollektiv son 7 ildə “Bakı” ilə səfər oyunlarında qol vura bilmir. Paytaxtın eyniadlı komandası axırıncı 5 mövsümdə öz meydanında keçirdiyi 5 görüşdən 4-də qalib gəlib. Yalnız ötən çempionatda “İnter”i məğlub etmək mümkün olmayıb. Qonaqların yeganə uğuru isə komandanın “Xəzər Universiteti” adlandırıldığı dövrə təsadüf edir. “Xəzər Universiteti” 2000/01 mövsümündə “Dinamo-Bakılı” adı altında çıxış edən rəqibi səfərdə 2:1 hesabı ilə üstələyib. 2000-ci il aprelin 6-da Samir Ələkbərovun vurduğu qoldan sonra nə “İnter”, nə də sələfi həmşəhərlilərinin qapısına səfərdə yol tapa bilməyib. Valentin Xodukinin yetirmələri avqustun 24-də keçiriləcək matçda qol vurmağa nail olarlarsa, 2697 günlük seriyaya son qoyacaqlar.
0