Draqan Naçevski: “İnter”ə qalib gəlməyə qadirik”
22.08.2008 - 18:10
Draqan Naçevski: “İnter”ə qalib gəlməyə qadirik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” çempionluq üçün sona qədər vuruşacaq. Bizim əsas məqsədimiz ilk “üçlüy”ə düşməkdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun hücumçusu Draqan Naçevski deyib. 28 yaşlı makedoniyalı futbolçu bildirib ki, şərəfini qoruduğu komanda Azərbaycan Premyer Liqasında qələbə seriyasını davam etdirməyə çalışacaq: “İnter”lə matçadək keçirdiyimiz hər iki oyunda 3 xal qazanmağımız bizə əlavə psixoloji üstünlük verir. Bu əhval-ruhiyyəni saxlamaq üçün “İnter”lə oyunda da qələbə qazanmalıyıq. Futbolçularımız buna qadirdirlər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda ardıcıl üçüncü matçına çıxacaq “Bakı” “İnter”lə avqustun 24-də görüşəcək.
0