Uels milli komandasının Azərbaycan və Rusiya yığmaları ilə keçirəcəyi qarşılaşmalarda oynayacaq futbolçuların adlarını açıqlanıb
23.08.2008 - 09:51
Uels milli komandasının Azərbaycan və Rusiya yığmaları ilə keçirəcəyi qarşılaşmalarda oynayacaq futbolçuların adlarını açıqlanıb
Kardiff. Elşən Məmmədov – APA-Sport. Uelsin futbol üzrə milli komandasının baş məşqçisi Con Toşak komandanın 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupunda Azərbaycan və Rusiya yığmaları ilə keçirəcəyi qarşılaşmalara çağırdığı oyunçuların adlarını açıqlayıb. «APA-Sport» agentliyinin məlumatına görə, 59 yaşlı mütəxəssis qarşıdakı görüşlərə 26 futbolçu dəvət edib. Onlardan yalnız üçü yerli klubların formasını geyir. Zədəli olmalarına baxmayaraq, Kreyq Bellami və Ceyms Kollinz də yığmaya dəvət alıb. «Arsenal» (İngiltərə) komandasının şərəfini qoruyan Aaron Rəmzi ilk dəfə beynəlxalq arenada debüt şansı qazanıb. Uelsin gənclərdən ibarət yığmasından isə Çedvin Evans və Samuel Vouks da əsas millinin heyətinə cəlb edilib.
qapıçılar: Ueyn Hönnesi ("Vulverhempton", İngiltərə), Baz Meyhill ("Holl Siti", İngiltərə), Lüis Prays ("Derbi Kaunti", İngiltərə)
müdafiəçilər: Qaret Beyl ("Tottenhem", İngiltərə), Ceyms Kollins ("Vest Hem", İngiltərə), Stiv Evans ("Rekshem"), Kris Qanter ("Tottenhem", İngiltərə), Kreyq Morqan ("Piterboro", İngiltərə), Sem Rikkets ("Holl Siti", İngiltərə), Eşli Uilyams ("Suonsi", İngiltərə)
yarımmüdafiəçilər: Endryu Krofts ("Cillinqhem", İngiltərə), Saymon Devis ("Fulhem", İngiltərə), Devid Edvards ("Vulverhempton", İngiltərə), Karl Fletçer ("Kristal Pelas", İngiltərə), Oueyn Tudur Cons ("Suonsi", İngiltərə), Ceyson Kumas ("Uiqan", İngiltərə), Co Ledli ("Kardiff Siti"), Pol Perri ("Kardiff Siti"), Aaron Rəmzi ("Arsenal", İngiltərə), Karl Robinson ("Toronto", ABŞ), Brayan Stok ("Donkaster", İngiltərə)
hücumçular: Kreyq Bellami ("Vest Hem", İngiltərə), Devid Kotterill ("Şeffild Yunayted", İngiltərə), Freddi İstvud ("Koventri", İngiltərə), Çedvin Evans ("Mançester Siti", İngiltərə), Sem Vouks ("Vulverhempton", İngiltərə).

Qeyd edək ki, Uels – Azərbaycan matçı sentyabrın 6-da Uelsin paytaxtı Kardiffdəki «Millenium» stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Bundan dörd gün sonra isə Britaniya təmsilçisi Rusiyanın qonağı olacaq.
0