Azərbaycanın «Neftçi» klubu ingiltərəli hücumçunu transfer edir
23.08.2008 - 14:02
Azərbaycanın «Neftçi» klubu ingiltərəli hücumçunu transfer edir
«APA-Sport» agentliyinin Böyük Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 28 yaşlı forvard bu yaxınlarda Bakıya gələrək, «Neftçi» ilə müqavilə bağlayacaq. Xəbərdə C.Noel-Uilyamsın Azərbaycanın ən titullu komandasından aldığı sərfəli təklif qarşılığında İspaniyanın «Elçe» klubunu tərk etdiyi qeyd olunub. Vaxtilə İngiltərənin «Uotford», «Stok Siti», «Klarets» kimi komandalarının formasını geymiş C.Noel-Uilyams son iki mövsümü İspaniyada keçirib. Hücumçu 2007-ci ilin yanvarında İspaniyanın «Mursiya» klubuna 18 aylıq müqavilə əsasında 50 min funt sterlinqə transfer olub. Lakin «Mursiya»nın La Liqaya vəsiqə qazanmasından sonra o, komandadan göndərilib. İngiltərəli hücumçunun sonuncu klubu İspaniyanın aşağı liqasında çıxış edən «Elçe» olub.
0