Futbol çempionatında hakimi döyüblər
25.08.2008 - 12:53
Futbol çempionatında hakimi döyüblər
Bakı. Kənan Həsənov - APA-Sport. Futbol üzrə Rusiya Premyer Liqasının növbəti turunda xoşagəlməz hadisə baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, Qroznı şəhərində keçirilən “Terek” – “Lokomotiv” oyununun baş hakimi fiziki təzyiqlərə məruz qalıb. Görüş başa çatandan sonra hakimlər otağına yollanan Aleksey Kovalyova iki dəfə zərbə endirilib. Referiyə hücum çəkənlərin kimliyi bəlli olmasa da, bu fakt oyunun protokolunda əksini tapıb. Həmçinin, protokolda fasilə zamanı A. Kovalyovun ayağına zərbə endirilməsi barədə də qeyd aparılıb. Bu olay Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
0