“Qalatasaray” Milan Baroşla üç illik müqavilə bağlayıb
26.08.2008 - 10:21
“Qalatasaray” Milan Baroşla üç illik müqavilə bağlayıb
Müqavilənin dəyərinin 7 milyon avro olduğu bildirilir. Çex futbolçu avqustun 28-də İstanbula gələrək yeni klubunun heyətində ilk məşqə çıxacaq. 27 yaşlı Milan Baroş hücum xəttində oynayır, karyerası boyu forma geydiyi 222 oyunda 58 qol vurub. Baroşun Çexiya yığmasında karyerası daha parlaqdır. Yığmanın heyətində 59 oyunda 31 qol vuran Baroş hələ də Çexiya millisinin əvəzedilməz futbolçularından sayılır.
0